"Koronavirusa yoluxan əməkdar artist Yaqub Zurufçunun vəziyyətində dünəndən pisləşmə müşahidə olunur. Bu da əsasən kəskin böyrək çatışmazlığı ilə bağlıdır. Bu məqsədlə ona hemodiyafiltrasiya dediyimiz fasiləsiz böyrək əvəzedici terapiya başlanıb".
Xezerxeber.az-ın məlumatına görə, bunu "Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov deyib.