Amerikalı aktyor Maykl Konstantin 95 yaşında vəfat edib.
TASS xəbər yayıb ki, aktyor uzun sürən xəstəlikdən sonra 31 avqustda dünyasını dəyişib.
Maykl Konstantin 22 may 1927-ci ildə Pensilvaniyada yunan mühacir ailəsində anadan olub.
“222 saylı otaq” serialındakı işinə görə, “Emmi” mükafatına layiq görülüb. Eyni rola görə və "Yetimlər məhkəməsi" serialındakı roluna görə isə “Qızıl Qlobus”a namizəd olub.
Aktyor televiziya layihələrindəki iştirakı ilə də tanınsa, daha çox "Mənim böyük yunan toyum" romantik komediyasındaki ailə başçısı rolu ilə məşhurlaşıb.