Xəzər Xəbər

Qarabağın “Çələbi” xalçası hazırlanıb FOTO

Mədəniyyət | 14:30 • 9 Sentyabr 2021
Qarabağın “Çələbi” xalçası hazırlanıb

Azərbaycan Milli Xalça Muzeyinin Ənənəvi texnologiya şöbəsində Qarabağın “Çələbi” xalçası hazırlanıb.

Muzeydən xezerxeber.az-a verilən məlumata görə, xalça 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində keçirilən “Azərbaycan mədəni irsi Luvr Muzeyində” adlı sərgidə nümayiş etdirilən unikal xalçanın tam replikasıdır.

Xalçada ara sahənin mərkəzində “Çələbi” xalçalarına xas eyni quruluşlu iki göl elementi verilib. Qarabağ xalçaçılığında geniş yayılmış “Günəş” və ya “Çələbi” adlı göl elementi hər tərəfə şüalarını yayan günəşin rəmzi olub, həm də ilahi nura işarədir.

Qeyd edək ki, sabah “Çələbi” xalçasının qədim ənənələrə uyğun şəkildə hanadan kəsimi mərasimi keçiriləcək.

Xəbər lenti