Xəzər Xəbər

Çin şirkəti Azərbaycanın işğaldan azad edilmiş əraziləri ilə bağlı sənədli film çəkəcək

Mədəniyyət | 16:55 • 22 Avqust 2021
Çin şirkəti Azərbaycanın işğaldan azad edilmiş əraziləri ilə bağlı sənədli film çəkəcək

Çinin “On the road” şirkəti Azərbaycanın işğaldan azad edilmiş əraziləri ilə bağlı sənədli film çəkəcək.

Xezerxeber.az xəbər verir ki, bu məqsədlə şirkətin çəkiliş qrupu Şuşa şəhərinə səfərə gəlib.

Səfər çərçivəsində bir sıra tarixi və dini-memarlıq abidələrində, o cümlədən şəhərin mərkəzi meydanı, Saatlı, Yuxarı Gövhərağa, Aşağı Gövhərağa məscidləri, Xurşidbanu Natəvanın evi, “Xan qızı” bulağı, Şuşa qala divarları, Pənahəli xanın sarayının qalıqları olan ərazi, Cıdır düzü və digər məkanlarda çəkilişlər aparılacaq.

 

 

Xəbər lenti