Xəzər Xəbər

Tövrat ilk dəfə mükəmməl tərcümədə işıq üzü görüb

Mədəniyyət | 15:49 • 20 Avqust 2021
Tövrat ilk dəfə mükəmməl tərcümədə işıq üzü görüb

Qədim yəhudilərin müqəddəs ilk beş yazı bükümünü – “Yaradılış”, “Çıxış”, “Levililər”, “Saylar”, “Qanunun təkrarı”nı özündə cəmləyən müqəddəs Tövrat kitabı ilk dəfə mükəmməl tərcümədə işıq üzü görüb.

Tərcümə Mərkəzindən xezerxeber.az-a bildirilib ki, qədim ibrani dilində “Qanun”, “Təlim”, “Öyüd” mənalarını daşıyan kitab Dövlət Tərcümə Mərkəzi ilə Bakı Dağ Yəhudiləri İcmasının birgə əməkdaşlığı əsasında ərsəyə gətirilib.

Kitabın tərcümə müəllifi – tanınmış yazıçı-tərcüməçi Etimad Başkeçid, redaktoru – Bəhlul Abbasovdur.

Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.

Xəbər lenti