Xəzər Xəbər

Tanınmış aktyor koronavirusdan vəfat edib

Mədəniyyət | 08:55 • 20 Avqust 2021
Tanınmış aktyor koronavirusdan vəfat edib

Yaponiyalı aktyor və kinorejissor Sonni Tiba 83 yaşında koronavirusdan vəfat edib.

“RİA Novosti”yə istinadən xəbər verir ki, Tiba 8 avqustdan xəstəxanada müalicə alıb, ona COVID-19 diaqnozu qoyulub.

Qeyd edək ki, tanınmış aktyor 180-dən çox layihədə iştirak edib. O, daha çox Kventin Tarantinonun “Billi öldür” (“Kill Bill”, 2003) filmindəki qılınc ustası Hattori Hanzo və “Forsaj 3” (“Fast and the Furious: Tokyo Drift", 2006) filmlərindəki Kamata əmi rolları ilə tanınıb.

Tiba döyüş sənəti ustası idi, onu hərdən “Yaponiyalı Bryus Li” çağırırdılar. O, 1970-ci ildə Yaponiya döyüş sənəti klubunu yaradıb.

Xəbər lenti

Çox oxunanlar