Barbadoslu müğənni Rihanna rəsmi olaraq milyarder elan olunub.
Xezerxeber.az xəbər verir ki, “Forbes” jurnalının milyarderlər siyahısına görə, 33 yaşlı müğənni sərvətini 1,7 milyard dollara çatdırıb. Bu artımla Rihanna dünyanın ən zəngin qadın musiqiçisi olub. Ancaq məşhur müğənni bu gəlirinin çox hissəsini musiqidən yox, moda və kosmetika sektorunda fəaliyyət göstərən şirkətlərdən əldə edib.
Xatırladaq ki, “Forbes” jurnalı məşhur müğənnini 2019-cu ilin ən güclü 100 qadını siyahısına daxil etmişdir və elə həmin il Rihanna nəşr tərəfindən 600 milyon dollarlıq sərvəti ilə dünyanın ən varlı qadın ifaçısı seçilmişdir.