Xəzər Xəbər

Türkiyədə müalicə alan Xalq Artistindən XƏBƏR VAR

Mədəniyyət | 15:23 • 16 İyul 2021
Türkiyədə müalicə alan Xalq Artistindən XƏBƏR VAR

Oğlu Yaşar Babayev Xalq artisti Arif Babayevin səhhətindən bəhs edib.

XəzərXəbər axşam.az-a istinadən xəbər verir ki, Y.Babayev MTV-yə açıqlamasında xanəndənin müalicəsinin yaxşı getdiyini deyib. O bildirib ki, atası hazırda Türkiyədə həkim nəzarətindədir:

"Atam yavaş-yavaş sağalır. İki həftəyə Azərbaycana qayıdacaq. İnsult keçirmişdi. Sevinirik ki, müalicənin nətciəsi yaxşıdır".

Qeyd edək ki, A.Babayev ötən il insult keçirib.

Xəbər lenti

Çox oxunanlar