Xəzər Xəbər

“Mədəniyyət naminə sülh” kampaniyası ilə bağlı UNESCO-ya müraciət ünvanlanıb

Mədəniyyət | 17:54 • 23 İyun 2021
“Mədəniyyət naminə sülh” kampaniyası ilə bağlı UNESCO-ya müraciət ünvanlanıb

İyunun 23-də “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal kampaniyasının təqdimatı keçirilib.

Xezerxeber.az-ın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirib ki, “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının keçirilməsi tarixi hadisədir.

"Biz bu layihə ilə bağlı UNESCO-ya müraciət etmişik, ancaq çox təəssüf ki, hələ cavab almamışıq. “Mədəniyyət naminə sülh” adlı qlobal kampaniyaya müsbət cavab alacağımıza ümid edirik. Layihənin tərəfdaş ölkələr tərəfindən dəstəklənməsi önəmlidir. Biz ümid edirik ki, qlobal layihə dəstək alacaq”, - deyə mədəniyyət naziri vurğulayıb.

Xəbər lenti

Çox oxunanlar