Böyük britaniyalı məşhur aktyor Paul Ritter 54 yaşında vəfat edib.
“RİA Novosti”nin yaydığı xəbərə görə, onun ölüm səbəbi beyin şişi olub.
Xatırladaq ki, Paul Ritter 1966-cı ildə Böyük Britaniyada anadan olub. O, Harri Porter haqqındakı ekran işində, “İnferno” və başqa filmlərdə çəkilib. Paul Ritter Azərbaycanda da maraqla qarşılanan “Çernobıl” (2019) serialında Anatoli Dyatlov obrazını canlandırıb.