Azərbaycan şairi Molla Pənah Vaqifin Şuşada yerləşən muzey-məqbərə kompleksi bərpa edilir.
Xezerxeber.az-ın məlumatına görə, biz zamanlar Şuşanın gözəlliyinə xüsusi çalar qatan məqbərə işğal müddətində ermənilər tərəfindən vəhşicəsinə dağıdılmışdı.
Azərbaycan Ordusunun torpaqlarımızı düşmən tapdağından azad etməsindən sonra erməni vandalizminə məruz qalmış çoxsaylı tarixi- dini, mədəniyyət abidələrimizin bərpası işlərinə başlanılıb. Onlardan biri də Molla Pənah Vaqifin məqbərəsidir. Hazırda dahi şairin məqbərəsinin bərpası işləri davam etdirilir.
Xatırladaq ki, Molla Pənah Vaqifin məqbərənin açılışı 1982-ci ildə olub.