"Bizim ən ümdə vəzifəmiz Şuşamızı bərpa etmək, onun tarixi əhəmiyyətini, bizim mədəniyyətimizdə olan rolunu tam bərpa etmək, musiqimizin, mədəniyyətimizin beşiyi olduğunu dünyaya bəyan etməkdir".
Bunu açıqlamasında Azərbaycanın mədəniyyət naziri Anar Kərimov deyib.
Onun sözlərinə görə, restavrasiya və bərpa işləri Şuşadan başlanacaq: "Amma bu, uzun sürən bir prosesdir. Burada hərtərəfli ölçülməlidir. Cənab Prezidentin də dediyi kimi, biz Şuşanın tarixi simasını qaytarmalıyıq. Ona görə də tələsmək olmaz və bu işdə müəyyən strategiya olmalıdır. Bu istiqamət üzrə də bərpa ediləcək. Şuşanın tarixi əhəmiyyətini özünə qaytaracağıq"./report