Azərbaycanın görkəmli şair və mütəfəkkiri Nizami Gəncəvinin Zəngilan rayonu, Vənədli kəndindəki büstü də digər tarixi-mədəni abidələrimiz kimi erməni vandalizminə məruz qalıb.
Xezerxeber.az xəbər verir ki, adı dünya ədəbiyyatının ən görkəmli klassikləri sırasında çəkilən Nizami Gəncəvinin büstü ermənilər tərəfindən dağıdılıb.