Xəzər Xəbər

Xudavəng monastırından freskaların aparılması böyük cinayətdir - Nazir

Mədəniyyət | 15:49 • 22 Yanvar 2021
 Xudavəng monastırından freskaların aparılması böyük cinayətdir  -

Ermənilər tərəfindən Xudavəng monastırından 8 əsrlik freskaların aparılması, şübhəsiz ki, böyük cinayətdir. Biz dəfələrlə həm UNESCO, həm də digər beynəlxalq təşkilatlar səviyyəsində bunu bəyan etmişik.


Xezerxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.


Ermənilərin bu addımının vandallıq olduğunu və UNESCO-nun 1970-ci ildə qəbul etdiyi konvensiyasına zidd olduğunu söyləyən nazir deyib: "Biz bunu qətiyyətlə pisləyirik və bununla bağlı işlərimizi davam etdirəcəyik. UNESCO-ya bu haqda məlumat verilib və təşkilat tərəfindən buna hüquqi qiymətin verilməsi üzərində çalışacağıq”.

Xəbər lenti

Çox oxunanlar