Azərbaycanın maddi-mədəniyyət nümunələrinə, o cümlədən tarixi-dini abidələrinə qarşı ermənilərin vandal siyasəti Şuşa şəhərində də özünü açıq şəkildə göstərir.
Eyni adlı məhəllədə yerləşən Çöl Qala məscidi ermənilər tərəfindən dağıdılıb. Hazırda məscid binasının xarabalıqları qalıb.