Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən rayon mədəniyyət mərkəzinin rəssamı Məlahət İsmayıl ağdaşlı şəhidlərin portretlərini hazırlayır.
Regional mədəniyyət idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, rəssam Məlahət İsmayıl indiyədək Vətən müharibəsinin Ağdaşdan olan 29 şəhidindən 16-nın portretini hazırlayıb.
Rəssam qalan şəhidlərin də portretlərini hazırlayacaq və bütün portretləri ailələrinə hədiyyə edəcək.