Mədəniyyət Nazirliyi "Xristian irsimizi tanıyaq" layihəsi çərçivəsində Dairəvi Alban Məbədi haqqında qısa videoçarx hazırlayıb.
Nazirlikdən Xezerxeber.az-a bildirilib ki, V-VI əsrlərə aid Dairəvi Alban məbədi - Şəki şəhərindəki Nuxa qalasında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsidir.
Hazırda bu tikilinin içində Şəki Xalq Tətbiqi Sənət Muzeyi yerləşir.
Həmin videoçarxı təqdim edirik: