Xəzər Xəbər

Nazirlik: "Hacı Ələkbər məscidi ermənilər tərəfindən yararsız hala salınıb"

Mədəniyyət | 13:50 • 7 Dekabr 2020
Nazirlik: "Hacı Ələkbər məscidi ermənilər tərəfindən yararsız hala salınıb"

Füzuli şəhərindəki Hacı Ələkbər məscidi memar Kərbalayı Səfixanın ilkin işlərindəndir. 

Mədəniyyət Nazirliyindən Xezerxeber.az-a verilən məlumata görə, məscidin giriş qapısı üzərindəki daş kitabədə "Memar Kərbalayı Səfixan Qarabağinin işidir” – sözləri yazılıb. 

Kitabədə məscidin tikilmə tarixi də – hicri tarixi ilə 1307-ci il göstərilir. Bu tarixi miladi təqviminə çevirəndə 1889-1890-cı illərə uyğun gəlir.

1993-cü ildə Füzuli rayonunun Ermənistan tərəfindən işğalından sonra Hacı Ələkbər məscidi yararsız hala düşüb. 

Sevinc 

Xəbər lenti

Xəzər dənizində ZƏLZƏLƏ
17:00 • 28 Noyabr 2024