Cəlil Məmmədquluzadənin "Anamın kitabı” pyesinin motivləri əsasında ekranlaşdırılan 12 hissəli film dekabrın 4-dən etibarən İctimai Televiziyada tamaşaçıların görüşünə gələcək.
İctimai Televiziya, Mədəniyyət Nazirliyi və C.Cabbarlı adına "Azərbaycanfilm” Kinostudiyasının birgə layihəsi əsasında ərsəyə gələn filmin çəkilişləri avqust-sentyabr aylarında Astara və Lənkəran rayonlarında aparılıb.
Faciə-dram janrında lentə alınan ekran əsərinin ssenari müəllifləri Xəyyam Abdullazadə, Naiq Babayev, Nurlan Həsənli, Zaur Rzayev, quruluşçu rejissorları Xəyyam Abdullazadə və Elməddin Alıyev, quruluşçu operatoru Elman Əliyev, bəstəkarı Araz Hümbətov, səs rejissoru Orxan Ağalarov, montajçı Elçin Elxanlı, qrim üzrə rəssam Adilə Fərruxovadır.
Rollarda Əməkdar artistlər Almaz Amanova, Loğman Kərimov, aktyorlar Murad Məmmədov, Asiman Ağa Rövşən, Ziya Ağa, Esmiralda Abdullayeva, İoanna Frenşdant, Sabirə Abdullayeva, Anar Mikayılov, Elxan Quliyev, Namis Şirməmmədov, Qızılgül Quliyeva, Zemfira Nəcəfova, Səyyad Əli və Emin Nəsirli çəkiliblər.
Ekran əsərinin baş prodüseri Balakişi Qasımov, prodüserləri Yalçın Verdiyev və Elməddin Alıyevdir.
(Azərtac)