"28 ildən çoxdur ki, erməni işğalı altında olan Azərbaycanın yaşayış məntəqələrinin azad edilməsi ilə bütün dünya təcavüzkar Ermənistan dövlətinin işğal siyasətinin real nəticələrini və bütün mahiyyətini öz gözləri ilə görür”.
Bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.
O qeyd edib ki, "yandırılmış torpaq” taktikaları, dünya tarixində işğalçılar, məsələn, İkinci Dünya Müharibəsi dövründə nasistlər tərəfindən geniş istifadə edilib:
"Düşməni başının üstündəki damdan məhrum etmək üçün bütün kəndləri məhv etmək üçün yandırmaq barədə vermaxtın əmri hər kəsə məlumdur. Tarixə üç "hər şey” siyasəti olaraq bilinən yandırılmış torpaq taktikasının da məlumdur. "Külə döndərmək" strategiyası kimi də adlandırılan üç "hər şey” məfhumu "hər şeyi öldür”, "hər şeyi yandır”, "hər şeyi qarət et”i nəzərdə tuturdu”.
A.Bağırov əlavə edir ki, erməni faşistlərinin "yandırılmış torpaq” siyasəti nəticəsində Azərbaycanın işğal olunmuş yaşayış məntəqələri də xarabalığa, səhra ərazisinə çevrildi. Bu baxımdan, "yandırılmış torpaq" taktikasının 1977-ci il Cenevrə Konvensiyasının 1 saylı Protokolunun 54-cü maddəsi ilə açıq şəkildə qadağan edildiyi, 55-ci maddənin isə öz növbəsində təbii mühitə zərər verməsini qadağan etdiyi bildirilməlidir”.
VK sədri qeyd edir ki, "Yandırılmış torpaq” siyasəti, Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən 1992-ci ildən bəri davam etdirilən bir cinayətdir:
"Bu gün bütün dünya işğalçı hakimiyyət orqanlarının hərəkətsizliyi ilə Ermənistanın təslim olması nəticəsində azad edilmiş Azərbaycan yaşayış məntəqələrinin mülki obyektlərin necə yandırıldığı, infrastruktur obyektlərinin yararsız hala gətirildiyi, dini və tarixi abidələrinin necə dağdıldığı barədə vandalların özləri tərəfindən müxtəlif media vasitələrində tirajlanan dəlillərin şahididir.
Eyni zamanda, 90-cı illərin əvvəllərində dinc əhalini etnik mənsubiyyətinə görə məhv edən quldur və qatil dəstələrinə özü rəhbərlik edən və 44 günlük müharibə zamanı sinəsində xaç, əlində isə Kalaşnikov silahı ilə hər bir azərbaycanlını öldürməklə hədələyən terrorçu Ter-Ovannes Ovannisyanın rəhbərliyi altında erməni vandallarının qarət nümunələri dünyanın müxtəlif yerlərində tamamilə haqlı bir qəzəbə səbəb olur”.
Anar Bağırovun sözlərinə görə, "keşiş" terrorçunun rəhbərliyi altında vandallar Xudavəng monastrını dağıdır, damdan plitələri çıxarır:
"Eyni zamanda riyakar erməni yalançı təbliğatı ənənələrinə uyğun olaraq həyasızcasına və kinayəli şəkildə Kəlbəcər rayonunun azad edilməsindən sonra indidən məbədin dağıdıldığının anonsunu verirlər.
Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad olunmuş Ağdam şəhərinə və erməni təcavüzkarları tərəfindən təhqir edilmiş Ağdam məscidinə səfərinin son görüntüləri də daxil olmaqla bütün azad edilmiş ərazilərdən yayılmış görüntülər "yandırılmış" Qarabağ torpağının tezliklə bərpa olunacağına bir daha dəlalət edir. Azərbaycan rəhbərliyinin konstruktiv fəaliyyəti və bütün konfessiyaların dini abidələrinə diqqətli münasibəti ölkəmizin hüdudlarından kənarda da yaxşı bilinir. 30 il ərzində vəhşicəsinə məhv edildikdən və işğalçı tərəfindən viran qoyulduqdan sonra "yandırılmış" torpağın çiçəklənəcəyi və dirçələcəyi gün uzaqda deyil.
İndi bu və ya digər şəkildə yalan əzab çəkənlərə simpatiya bəsləyən hər kəs bayağı bir suala cavab versin: torpaqların sahibi kimdir? Viran qoyan, külə döndərib məhv edən, yoxsa ona qayğı göstərən, tikən və bərpa edən? Bütün həqiqət budur...”
report