"Mən Şuşada atamın evini bərpa etməliyəm”.
XəzərXəbər xəbər verir ki, bu sözləri Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Şuşa azad olduqdan sonra sevinc təəssüratlarını bölüşərkən deyib.
O açıqlamasında "Prezidentimizin çıxışından sonra nə isə demək çətindir. Çox sevinciliyik. Bu münasibətlə Azərbaycan xalqını təbrik edirəm. Mən bu xəbəri bir gün öncə eşitdim. Sevinc göz yaşlarımı saxlaya bilmirəm. Biz Şuşaya qayıdırıq. Mənim Şuşada çox işim var. Atamın Şuşadakı evini bərpa etməliyəm, "Xarıbülbül” festivalını bərpa etməliyəm. Hansı ki bu festival hər zaman Şuşada keçirilib və 1992-ci ildə Şuşa işğal olunanda söz vermişdim ki, bu festival yalnız Şuşa işğaldan azad olunanda keçiriləcək. Bir daha xalqımı təbrik edirəm. Yaşasın Qarabağ, yaşasın Azərbaycan, yaşasın birliyimiz!”, - deyə bildirib.(mediapost.az)