1939-cu ildə lentə alınan "Küləklə sovrulanlar” filmində əsas obrazlardan biri - Melani Hamiltonu canlandıran aktrisa Olivia de Havilland bu gün 104 yaşında vəfat edib.
Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə "Deadline” internet nəşri məlumat yayıb.
Aktrisa Parisdəki evində dünyasını dəyişib.
Qeyd edək ki, Olivia de Havilland 1916-cı ilin iyulun 1-də Tokioda anadan olub.
Valideynləri ayrıldıqdan sonra "gələcək ulduz” anası və bacısı ilə birlikdə Kaliforniyaya köçüb.
18 yaşına çatanda "Warner Brothers” studiyası ona ilk müqaviləsini təklif edib.