Bir müddət əvvəl koronavirusa yoluxan Xalq artisti Nəzakət Teymurova sağalıb. O, müalicəsinə göstərdiyi köməyə görə Azərbaycanın I Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür edib.
Xezerxeber.az-ın məlumatına görə, bu barədə o, özünün "Facebook" səhifəsində məlumat verib: "Hörmətli Mehriban xanım! Bir sənət insanı olaraq Sizin qayğınızı hər zaman hiss etmişik . Bu çətin günlərimdə , amansız xəstəliyə qalib gəlməyimin də səbəbkarı siz və fədakar həkimlərimizdi. Xəstəxanada yatarkən Sizin insansevərliyinizin bir daha şahidi oldum. Öz və ailəmizin adından Sizə və rəhbərlik etdiyiniz Heydər Əliyev Fondunun bütün əməkdaşlarına təşəkkür edirəm ! Allah Sizi qorusun!".