Bakının Bilgəh qəsəbəsində yerləşən qəbiristanlıqdakı təxminən 500 illik qəbirlər abidə kimi qeydiyyata alınıb.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən qəbiristanlıq tarixi abidə kimi qeydiyyatdadır:
"Bilgəh qəsəbəsində yerləşən "Köhnə qəbiristanlıq” Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix-mədəniyyət abidələri siyahısına arxeoloji abidə kimi salınıb”.
Xatırladaq ki, Bakının Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən qəbiristanlıqdatəxminən 500 il əvvəl tikilmiş 50-yə yaxın qəbirin olmasıilə bağlı məlumat vermişdik. Daha ətraflı buradan oxuya bilərsiniz.