Xəzər Xəbər

Filadelfiya şəhərində 100 yaşlı cütlük evlənib

Maraqlı | 14:15 • 29 May 2024
Filadelfiya şəhərində 100 yaşlı cütlük evlənib

ABŞ-nin Filadelfiya şəhərinin (Pensilvaniya ştatı) 100 yaşlı sakini Berni Littman və 102 yaşlı sakini Marcori Fitermanın toy mərasimi olub. Onlar 100 yaşından yuxarı evlənən cütlük kimi qeydiyyata düşmək üçün “Ginnesin Rekordlar Kitabı”na müraciət ediblər.

"Fox News" telekanalına istinadla xəbər verir ki, cütlüyün toy mərasimi qocalar evində keçirilib. Berni Littman musiqiçidir və onun əvvəlki evliliyi 65 il davam edib. O, həyat yoldaşının ölümündən sonra qocalar evində məskunlaşıb və orada Marcori Fitermanla tanış olub. Onların arasında “romantik” münasibətlər doqquz il əvvəl başlayıb. Qadın isə əvvəlki mərhum əri ilə 60 il birgə ömür sürüb.

Maraqlıdır ki, Berni Littman və Marcori Fiterman vaxtilə eyni universitetdə təhsil alıblar, lakin o zaman bir-birlərini tanımayıblar.

Xəbər lenti