Braziliya sakinləri dünyanın ən təmiz insanları seçiliblər.
Bunu müxtəlif ölkələrdə insanların yuyunma və duş qəbulunun müntəzəmliyini təhlil edən Dünya Əhali İcmalı layihəsinin məlumatları sübut edir.
Araşdırmaya görə, braziliyalıların 99 faizi hər gün yuyunur, lakin əksəriyyəti bunu daha tez-tez edir. Orta hesabla braziliyalılar gündə iki dəfə duş qəbul edirlər. Eyni zamanda, yerli sakinlərin yalnız yeddi faizi vanna qəbul edir.
Hindistanda insanlar gündə ən azı iki dəfə özlərini yuyurlar. Lakin, onlar daha az duş qəbul edirlər.
Vanna həvəskarlarının əksəriyyəti Böyük Britaniyada tapılıb - respondentlərin 32 faizi.
Almaniyada respondentlərin 92, ABŞ və Meksikada hər birində 90, Fransada 76 faizi hər gün duş qəbul edir.
“World Population Review” saytının məlumatına görə, Rusiyada qadınların 61 faizi, kişilərin isə 35 faizi hər gün duş qəbul edir. (oxu.az)