Okeanda minlərlə balıq növü olsa da, onlardan yalnız bir neçəsi sürətli hesab edilə bilər. Balıqların yüksək sürətlə üzməsinə səbəb sivri burunlarının və geniş, itələyici quyruqlarının olmasıdır.
Xezerxeber.az xəbər verir ki, yelkənli balıq dünyanın ən sürətli balığı sayılır və onun sürəti saatda 110 kilometrə çata bilir.
Okeanın dərinliyinə enən qılınc balığı da ən sürətli balıqlardan biridir. Onun maksimal sürəti saatda təxminən 94 kilometr təşkil edir. Dünyanın tropik və subtropik sularında üzən vahu balığının maksimal sürəti isə saatda 77 kilometrə çatır.
Okeanın nəhəngləri arasında mavi üzgəcli orkinos təkcə ölçüsünə görə deyil, həm də daha sürətli üzmək qabiliyyətinə görə diqqət çəkir. O, saatda 70 kilometr sürətlə hərəkət edən dünyanın ən sürətli tuna balığıdır.
Tropik və mülayim sularda yaşayan və saatda 74 kilometr sürətlə üzən mako isə ən sürətli köpəkbalığı növüdür.