Xəzər Xəbər

Avropalılar nə qədər alkoqol qəbul edir?

Maraqlı | 18:08 • 4 Mart 2024
Avropalılar nə qədər alkoqol qəbul edir?

Rusiya

2003-cü ildə rusiyalılar adambaşına 20,4 litr xalis alkoqol içiblər ki, bu da rekord hesab olunur. O vaxtdan vergilərin qaldırılması alkoqoldan istifadəni iki dəfədən çox azaldıb. Beş il bundan əvvəl hökumət bu göstəricinin 5 il ərzində 80 faiz aşağı düşdüyünü bildirib, lakin 2022-ci ildə, müharibədən sonra yenidən bir qədər artıb.

Belçika

Belçikada pivə populyardır və ümumi xalis alkoqol istifadəsinin təxminən dörddəbirini təşkil edir. Orta statistik belçikalı ildə təxminən 9 litr xalis alkoqol içir və bu da son onillik ərzində 1 litr azdır. Əhalinin dörddəbiri ümumiyyətlə alkoqol içmir. Xammala və enerji daşıyıcılarına xərclərin artması 2023-cü ildə pivə hazırlayan zavodların sayının azalmasına səbəb olub.

Danimarka

Danimarkalılar arasında alkoqoldan istifadə 1980-ci illərdən bəri azalıb, lakin əvvəlki kimi yüksək səviyyədədir – 2021-ci ildə adambaşına 10,4 litr xalis alkoqol. Hökumətin dövriyyəyə buraxdığı profilaktik proqramda, həmçinin 16-17 yaşlı yeniyetmələrə tündlüyü 6 faizdən yuxarı alkoqol almaq qadağan edilir.

İsveç

İsveçdə orta hesabla adambaşına ildə 8,8 litr xalis alkoqol düşür. İsveçlilər şəraba üstünlük verirlər, qəbul edilən alkoqolun 44 faizi bu içkinin payına düşür, sonrakı yeri tünd pivə tutur – 32 faiz. Alkoqolun zərərli təsiri də aşağı düşüb və bu, gənclər arasında daha nəzərə çarpır. 45 yaşdan yuxarı sakinlər arasında alkoqolun riskli təsirinin payı artır.

Finlandiya

Finlandiyalı kişilərin 48 faizi 2023-cü ildə alkoqoldan həftədə bir dəfə istifadə etdikləri halda, qadınlar arasında bu göstərici 22 faiz təşkil edib. Bunu Finlandiyanın Səhiyyə və Sosial Təminat İnstitutunun məlumatları sübut edir. Finlər bütövlükdə son 20 il ərzində alkoqoldan istifadənin azaldılması kimi Skandinaviya tendensiyasına riayət edirlər. Yeni hökumət ərzaq mağazalarında icazə verilən faizi 5,5 faizdən 8 faizədək artırmaq niyyətindədirlər. Finlərin 89 faizi əvvəlki kimi alkoqol satışına dövlət monopoliyasını qoruyub saxlamaq istəyirlər.

Almaniya

Almaniyada kişilər orta hesabla həftədə 2 litrdən çox pivə və 0,5 litrdən az şərab içirlər. Qadınlar daha çox şərab, lakin daha az pivə - həftədə 1 litrdən az qəbul edirlər.

Almaniyada alkoqoldan istifadə 1990-cı illərdən bəri aşağı düşüb. Bu, alkoqoldan sui-istifadə edən sakinlərin payına da aid edilir. Hesab olunur ki, 1995-ci ildə əhalinin 16 faizi daha çox alkoqol qəbul edib, 2021-ci ildə isə bu göstərici 13 faizədək aşağı düşüb.

Fransa

Nahar üçün şərab, aperitiv qismində şərab və şam yeməyinə şərab. 40 il bundan əvvəl Fransada gündəlik həyat bu şəkildə idi. 1950-ci illərin ortalarında Fransada ümumi şərab istehlakı böyük adam üçün ildə bir az qeyri-adi - 200 litrə bərabər olub. Bu gün vəziyyət başqadır. 1980-ci ildəki on nəfərdən beşi ilə müqayisədə təkcə hər onuncu böyük yaşlı fransız gündə 1 badə şərab içir. İçki vərdişləri dəyişir, alkoqoldan istifadə isə Avropanın bir çox hissəsində azalır.

Xəbər lenti