Xəzər Xəbər

Kibrit çöplərindən ən hündür Eyfel qülləsinin yaradıcısının rekorduna edilən imtina ləğv olunub FOTO

Maraqlı | 13:25 • 11 Fevral 2024
Kibrit çöplərindən ən hündür Eyfel qülləsinin yaradıcısının rekorduna edilən imtina ləğv olunub

“Ginnesin Rekordlar Kitabı”ndan fransız Rişar Plauda xəbər verilib ki, onun kibrit çöplərindən düzəltdiyi 7,2 metr hündürlükdə Eyfel qülləsi rekord dərəcədə hündür hesab olunub. Bu, Plaudun rekordunu düzgün olmayan kibritlərdən istifadə etməsi səbəbindən əvvəlcə rədd etdikləri günün səhəri baş verib.

Xezerxeber.az xarici mediaya istinadla xəbər verir ki, “Ginnesin Rekordlar Kitabı” imtinaya səbəb kimi müəllifin satışda əlçatan olan kibritlərdən istifadə etmədiyini göstərib.

Fransız qüllənin “tikintisi”nə geniş satışda olan kibrit çöplərinin hər birinin baş hissəni kəsərək istifadə etməklə başlamışdı. O, bu darıxdırıcı prosesdən yorulduqda istehsalçıdan bu taxta çöpləri kükürdsüz ala biləcəyini soruşub. Məhz bu, “Ginnesin Rekordlar Kitabı”nı müəllifin rekordunun hesaba alınmasından imtina etmələrinə təhrik edib. Lakin sonradan “Ginnesin Rekordlar Kitabı” öz qərarını dəyişib.

“Səkkiz il ərzində mən həmişə düşünürdüm ki, kibritdən ən hündür konstruksiyanı düzəldəcəyəm”, - deyə fransız “Reuters” agentliyinə fikirlərini bölüşüb.

Xəbər lenti