Türkiyədə qapalı şənlik evlərində təhlükəsizliyi təmin etmək üçün atəşfəşanlıq edilməsi qadağan edilib.
Bu barədə İstanbul Toplantı və Toy Salonu Müəssisələri Palatasının sədri Adem Sönmez bildirib.
Onun sözlərinə görə, qanun İstanbul da daxil olmaqla 22 şəhərdə tətbiq edilir.
Ümumilikdə qapalı məkanda keçirilən şənliklərdə yanan və partlayan maddələrdən istifadə qadağan edilib.
Adem Sönmez deyib ki, buna səbəb İraqın Mosul şəhərində olan toyda atəşfəşanlığın ölümlə nəticələnməsidir:
"Bilirisiniz ki bir müddət əvvəl İraqda yaşanan kədərli hadisədə xeyli insan həlak oldu. Toy salonlarında istifadə edilən atəşfəşanlıq, o cümlədən köpük kimi vasitələrin istifadəsini dayandırmışıq. Şamlar yerinə elektron şamlardan istifadəni nəzərdə tutulub.
Şənlik evlərindən birinin sahibi Hüseyin Koç buna əvvəldən narazı olduğunu bildirib.(baku.ws)