Xəzər Xəbər

Yer üçün POTENSİAL TƏHLÜKƏ: dünyanın ən hündür göydələni...

Maraqlı | 11:08 • 31 Oktyabr 2022
Yer üçün POTENSİAL TƏHLÜKƏ: dünyanın ən hündür göydələni...

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) noyabrın 1-də "2022 RM4" asteroidinin Yer kürəsinin yanından keçəcəyini bildirib.

NASA-nın məlumatına görə, kosmik qayanın diametri 330 ilə 740 metr arasındadır ki, bu da dünyanın ən hündür göydələni, BƏƏ-nin Dubay şəhərində 828 metr hündürlükdə olan "Burj Xəlifə"dən bir qədər kiçikdir.

O, çərşənbə axşamı təxminən 2,3 milyon kilometr məsafədə Yerə mümkün qədər yaxınlaşacaq. Asteroidin sürəti saatda 84.500 km-dir.

Bu asteroid "potensial təhlükəli" hesab olunur, çünki onun uzunluğu 150 metri keçib, Yer planetindən maksimal məsafəsi isə 7,5 milyon kilometrdən az olacaq. "Potensial təhlükəli" kimi təyin olunmaq üçün o, eyni zamanda hər iki parametrə cavab verməlidir. /publika.az

Xəbər lenti

Çox oxunanlar