İngiltərədə toya hazırlaşan bəy və gəlin arasında gərginlik baş verib.
Toya hazırlaşan gəlin bəy qarşısında iki tələb irəli sürüb.
İddialara görə, o həyatını itirən keçmiş sevgilisinin xatirəsinə toyda musiqi səsləndiriliməsini istəyib. Gəlinin ikinci tələbi isə ölən sevgilisinin atası ilə rəqs etmək olub. Gəlinin tələblərindən qəzəblənən bəy, toya hazırlığın getdiyi salonu tərk edib. Onların arasındakı sonrakı münasibətin necə olduğu barədə məlumat yoxdur.
Sosial media izləyicilərinin bəziləri gəlinin tələblərinə dəstək versə də, bəziləri tənqid edib./Metbuat.az