Xəzər Xəbər

GÜNƏŞ TUTULMASI hansı bürclərə təsir edəcək?

Maraqlı | 09:20 • 25 Oktyabr 2022
GÜNƏŞ TUTULMASI hansı bürclərə təsir edəcək?

Xəbər verdiyimiz kimi bu gün Əqrəb bürcündə Günəş tutulması baş verəcək.

Bəs bu tutulmadan hansı bürclər və necə təsirlənəcək? Tutulma daha çox hansı bürclərə təsir edəcək?

XəzərXəbər mövzu ilə bağlı bu və buna bənzər sualların cavablarını təqdim edir.

Tutulma Venera effekti verəcəyi üçün münasibətlərlə bağlı bəzi problemlər gündəmə gələ bilər. Qadınlarla bağlı məsələlərdə də diqqətli olmaq lazım gələ bilər. Ayın sonuna qədər dedi-qodudan çəkinin, acıdil olmaq problem yarada bilər.

Əqrəb bürcünün yüksələnləri bu tutulmadan daha çox təsir alacaqlar. Buğa, Şir və Dolça kimi digər bürclər də təsir altında olacaq.
 
Əqrəb və Əqrəb yüksələnləri:
 
Həyatınızda, hadisələrə baxış tərzinizdə dəyişikliklər ola bilər. Sizin üçün vaxtı keçmiş hər şeydən azad olmağın vaxtıdır.
 
Tərəzi və Tərəzi yüksələnləri:
 
Gəlir və xərclərinizdə artım ola bilər. Dəyərlərinizi şübhə altına alacağınız bir proseslə qarşılaşa bilərsiniz. Unutmayın ki, öz dəyərinizi yalnız siz təyin edirsiz.
 
Qız və Yüksələn Qız:
 
Ünsiyyət qrafikinizdə sıxlıq yaşaya bilərsiniz. Qardaşlar, yaxın qohumlar, qonşularla bağlı məsələlər ön plana çıxa bilər.

Şir və Şir yüksələnləri:
 
Ailə və ev məsələləri daha çox gündəminizdə ola bilər. Köçmə halları da ola bilər.
 
Xərçəng və yüksələn Xərçəng:
 
Sevgi, münasibətlər, hobbi və uşaqlarla bağlı mövzular gündəminizdə ola bilər. Yeni sevgi ola bilər. Uşaq sahibi olmaq istəyən Xərçənglər üçün uyğun bir dövr ola bilər.
 
Əkizlər və Əkizlər yüksələni:

Sağlamlıq, gündəlik iş, ofis işləri gündəm ola bilər. Sağlamlığınızın qayğısına qalın. İş yerinizdə gərginlik yaşamamağa çalışın. Yeni biznes başlanğıcları ola bilər.

Buğa və Buğanın yüksələni:
 
Sevgi, evlilik, iş ortaqlığı ola bilər. Yeni münasibətə başlaya, özünüzü problemli münasibətlərinizdən azad edə bilərsiniz. Qadın həmkarlarından və rəqiblərindən ehtiyatlı olun.

Qoç və yüksələn Qoç:
 
Borclar, miras və cinsi məsələlər gündəmə gələ bilər. Xərclərinizə diqqət yetirsəniz yaxşı olardı.

Balıqlar və Yüksələn Balıqlar:
 
Universitet təhsili, akademik karyera, xarici dil öyrənmə, xaricə səfərlər, mədəni fəaliyyətlər kimi mövzular sizə ilham verəcək.

Dolça və yüksələn Dolça:
 
İş, karyera, yüksəlişinin təsiri altında ola bilərsiniz. Evliliklə bağlı məsələlər də ola bilər.

Oğlaq və Oğlaq yüksələn:
 
Dostlar, evinizdə yığıncaqlar baş verə bilər. Sosial çevrəniz və dostlarınızla məşğul ola bilərsiniz. Dost qruplarında münaqişə yaşamamağa diqqət edin.

Oxatan və yüksələn Oxatan:
 
Xəyallarınıza diqqət yetirin. Meditasiya məşqləri ruhunuz üçün yaxşı ola bilər. Keçmiş problemlər və travmalar özlərini xatırlada bilər. Gizli düşmənlərə diqqət yetirin./sfera.az

Xəbər lenti