“Dünyanın ən yaxşı narlarından biri Azərbaycanın Kür çayı ilə suvarılan münbit torpaqlarında yetişir”.
Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı “Twitter” hesabında yazıb.
“Meyvə yığımı vaxtı nar bağındayıq. Bərəkətli olsun”, - deyə türkiyəli diplomat nar bağından paylaşım edib.