Xəzər Xəbər

Həkimlər ürəyi bir saat əvvəl dayanan şəxsi həyata qaytardılar

Maraqlı | 10:11 • 19 Oktyabr 2022
Həkimlər ürəyi bir saat əvvəl dayanan şəxsi həyata qaytardılar

Çində həkimlər 61 yaşlı xəstəni ürəyi dayandıqdan bir saat sonra xilas ediblər. Məlumata görə, kişi öz evində huşunu itirib və həyat yoldaşı təcili yardım çağırıb. Gələn həkimlər onun ürəyinin dayandığını qeydə alıblar və xəstəxanaya gedərkən xəstənin reanimasiyasına başlayıblar.

Artıq klinikada o, süni nəfəs aparatına qoşulub, lakin xəstənin vəziyyəti kritik olaraq qalıb.

Kişi iki həftə komada qaldıqdan sonra ayılıb. O, hələ də xəstəxanadadır, lakin artıq sərbəst nəfəs ala, yemək yeyə və danışa bilir.

Həkimlər infarktdan ölümün qarşısını almaq üçün “qızıl zaman pəncərəsi”nin cəmi altı dəqiqə olduğunu və xəstənin bəxti gətirdiyini bildiriblər.

Mənbə: gazeta.ru

Xəbər lenti