Avropada pandemiya səbəbindən doğum səviyyəsi 14 % azalıb.
XəzərXəbər xəbər verir ki, pandemiyadan əvvəl Avropada illik azalma 3 % idi.
Koronavirusun yayılması zamanı bu rəqəm 14 %-ə çatıb. İsveçrəli tədqiqatçılar bu göstəricinin birbaşa xəstəliklə əlaqəli olduğuna inanırlar.
Alimlərin fikrincə, ən böyük azalma 9-10 aylıq sərt karantin məhdudiyyətlərinin tətbiq edildiyi 2021-ci ilin yanvarında qeydə alınıb. Xüsusilə Litvada doğum səviyyəsi 28 %, İspaniyada 24 % azalıb. Eyni zamanda, qadağaların tətbiq olunmadığı İsveçrədə doğum nisbəti dəyişməyib.
Tədqiqatçıların fikrincə, insanlar sağlamlıq problemləri, stres və sosial-iqtisadi böhran fonunda hamiləliyin planlaşdırılmasını ertələmək qərarına gəliblər./Report