Xəzər Xəbər

XƏBƏRDARLIQ! Öskürək dərmanları 70 uşağın ölümünə səbəb oldu: Qadağan edildi

Maraqlı | 16:31 • 12 Oktyabr 2022
XƏBƏRDARLIQ! Öskürək dərmanları 70 uşağın ölümünə səbəb oldu: Qadağan edildi

Afrikada uşaq ölümləri ilə bağlı ola biləcək Hindistan mənşəli 4 dərmanın istehsal edildiyi fabrikin fəaliyyətinin dayandırıldığı bildirilib.

“Times of India” qəzeti xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Qambiyada uşaq ölümlərinin Hindistanda istehsal olunan öskürək və soyuqdəymə siropları ilə əlaqəli ola biləcəyini dedikdən sonra Hindistan səlahiyyətliləri hərəkətə keçib.

Haryana əyalətinin səhiyyə naziri Anil Vij bildirib ki, 4 siropın istehsal olunduğu "Maiden Pharmaceuticals Limited" fabrikində aparılan yoxlamalar zamanı səlahiyyətlilər 12 pozuntu aşkarlayıb.

Vij sözügedən fabrikin fəaliyyətinin dayandırıldığını açıqlayıb.

“Maiden Pharmaceuticals Limited” şirkətinin direktoru Nareş Kumar Qoyal mövzu ilə bağlı açıqlama verməkdən imtina edib.

Qambiyada 69 uşağın Hindistan parasetamol siropundan istifadə etdikdən 3-5 gün sonra öldüyü iddia edilib.

Bu ölümlərdən sonra Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Hindistanda "Maiden Pharmaceuticals Limited" tərəfindən istehsal olunan 4 siropa qarşı xəbərdarlıq edib.

Uşaqların böyrək problemlərindən öldüyünü və "Maiden Pharmaceuticals"ın istehsal etdiyi  "qəbuledilməz" miqdarda toksin tapdıqlarını ifadə edən ÜST, bu günə qədər yalnız Qambiyada aşkarlansa da, dərmanların xaricə paylanmış ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Hindistan hökuməti həmçinin ÜST-ün Qambiyada uşaq ölümləri ilə əlaqələndirməsindən sonra sözügedən 4 öskürək siropu ilə bağlı araşdırma aparılmasına göstəriş verib. 

Xəbər lenti