Xəzər Xəbər

DİQQƏT: Bu məhsullar orqanizmi zəhərləyir

Maraqlı | 16:02 • 10 Oktyabr 2022
DİQQƏT: Bu məhsullar orqanizmi zəhərləyir

Kimyəvi əlavələr, qlüten (buğda unu, makaron və qənnadı məmulatları) və kofeinlə zəngin qidalar insanın daim yorğun olmasına səbəb ola bilər.

XəzərXəbər Publika.az-a istinadən xəbər verir ki, bu barədə ginekoloq-endokrinoloq İrina Filatova xəbərdarlıq edib. Onun sözlərinə görə, məhsulların tərkibində çoxlu sayda müxtəlif kimyəvi əlavələr olduğundan orqanizm bu yolla zəhərlənir.

"İnsanın daim yorğun olması ilə yanaşı üzərinə kimyəvi maddələr də əlavə olunur. Üstəlik indi bütün məhsullara qlüten qatılır. Antibiotiklər də çox istifadə olunur, ona görə də bağırsaq florası pozulur. Bizim əhval-ruhiyyəmiz əslində bağırsaq florasından asılıdır. Uzun müddət tualetə getməsəniz, intoksikasiya baş verir. Siz daim yatmaq istəyirsiniz, apatiya başlayır", - mütəxəssis Ura.ru-ya müsahibəsində izah edib.

Terapevt və qastroenteroloq Alla Ostanina isə bildirib ki, enerji içkiləri və kofeindən istifadə daha da yorğunluğa səbəb olur, ona görə də bu məhsulların istifadəsini azaltmaq məsləhətdir. Onun sözlərinə görə, “Süni enerji”nin qəbulu nəticəsində orqanizm stimullaşdırıcı təsir əldə edir, dopamin ifraz edilir. Bununla belə, dalğalanmadan bir neçə saat sonra özünüzü daha da yorğun hiss edə bilərsiniz ki, bu da letargi və iş qabiliyyətinin azalmasına gətirib çıxarır.

Xəbər lenti