Xəzər Xəbər

İkinci dəfə ad günündə ana oldu

Maraqlı | 08:50 • 26 Sentyabr 2022
İkinci dəfə ad günündə ana oldu

Böyük Britaniya sakini iki dəfə 11 il fərqlə ad günündə qız övladı dünyaya gətirib.

34 yaşlı Mari Barton 20 sentyabr 1988-ci ildə anadan olub.

20 sentyabr 2011-ci ildə onun Lola adını verdiyi bir qız övladı dünyaya gəlib. 11 il sonra, eyni gündə ikinci qızı Kadi anadan olub.

Ananın sözlərinə görə, uşaq oktyabrda doğulmalı idi, amma gözlənilmədən daha tez dünyaya gəlib.

Qadının əri Co qızlarına və həyat yoldaşına eyni gündə hədiyyə almağın ona baha başa gəldiyini deyir.

Qeyd edək ki, Lola və Kadidən başqa cütlüyün daha iki övladı var.

Mənbə: lenta.ru

Xəbər lenti

Çox oxunanlar