Xəzər Xəbər

Ata qızını məhkəməyə verdi - Səbəb təəccübləndirir

Maraqlı | 18:33 • 20 Sentyabr 2022
Ata qızını məhkəməyə verdi - Səbəb təəccübləndirir

Çinli valideynlər qardaşı üçün mənzil almaqdan imtina edən qızını məhkəməyə veriblər.

Məlumata görə, ana və ata uşaqlıqda qızı tərk etsələr də, onun varlandığını öyrəndikdən sonra yenidən ortaya çıxıblar.

XəzərXəbər oxu.az-a istinadən xəbər verir ki, valideynləri ondan qardaşı üçün mənzil almağı xahiş etsələr də, rədd cavabı alıblar. Bundan sonra ailə 29 yaşlı çinli qadının ana və atasını dəstəkləməli olduğunu əsas gətirərək ondan 72 min dollar tələb edərək məhkəməyə üz tutub.

Məhkəmə iddiaçıların xeyrinə qərar çıxarıb. Hakim hökmü izah edərək bildirib ki, qadın həqiqətən də qardaşına mülk verməyə borclu deyil, amma qanuna görə bioloji valideynlərinin maddi təminatına görə cavabdehdir.

Xəbər lenti

Çox oxunanlar