Xəzər Xəbər

Aspirinin xərçəng xəstələrinə inanılmaz təsiri

Maraqlı | 16:48 • 15 Sentyabr 2022
Aspirinin xərçəng xəstələrinə inanılmaz təsiri

Kardiff Universitetinin alimlərinin sözlərinə görə, aspirinin faydaları qanaxma riskindən daha çoxdur.

Bu barədə məlumat “Royal Society”nin “Open Biology” jurnalında yayımlanıb. Bildirilib ki, tədqiqatçılar aspirin və xərçənglə bağlı əvvəlki araşdırmaları nəzərdən keçirməklə yanaşı, yeni tədqiqatlar da aparıblar.

Onlar aspirin qəbul edən xəstələrin daha uzun ömür sürdüyünə dair birbaşa, eləcə də təsirini izah edə biləcək bioloji mexanizmlərin sübutlarını tapıblar. Tədqiqatçılar iddia edir ki, aspirin müxtəlif xərçəng növlərində sağqalma şansını təxminən 20 faiz artıra bilər, eyni zamanda xərçəngin yayılmasına mane olur.

Alimlər bu iddianın sübuta ehtiyacı olduğunu vurğulayıb, çünki nəticələr və sınaqlar arasındakı fərq əhəmiyyətli dərəcədə dəyişir./publika.az

Xəbər lenti

Çox oxunanlar