Ölümü "London körpüsü çökdü” mesajı ilə elan edilən Kraliça II Elizabetin Elizabetin ahənglə geyindiyi paltarın papaqdan tutmuş əl çantasına qədər zəriflikdən başqa mənalarının olduğu məlum olub.
XəzərXəbər-in məlumatına görə, kral ailəsi ekspertlərinin fikrincə, Kraliça saray xadimlərinə mesaj göndərmək üçün əl çantasından istifadə edirmiş.
Kraliçanın geyimi ilə uyğun çantaları olmadan demək olar ki, ictimaiyyət qarşısına çıxdığı görülməyib. Kral ailəsinin müxtəlif ekspertlərinin fikrincə, çantalar Kraliça üçün təkcə dəb əşyası deyildi, həm də daxil olduğu dialoqların nə vaxt bitməsini istədiyini göstərən gizli mesajlar göndərirdi.
Vaxtının çoxunu məşhur və əhəmiyyətli insanlarla görüşərək keçirən Kraliça II Elizabet üçün təhlükəsizlik tədbirləri baxımından çantaları ilə verdiyi mesajlar əməlli-başlı bir tətbiq idi.
Yazar və kral ailəsi eksperti Kristen Meinzer Kraliçanın əl çantasının bir əldən digərinə keçirməsinin saray xadimlərindən birinin onun yanına gələrək hazırkı söhbətə müdaxilə etməsini istədiyinə işarə etdiyini söyləyib.
Kral tarixçisi Huqo Vickers də Kraliça dialoqu dərhal bitirmək istəsə, pul kisəsini yerə qoyduğunu və ya barmağındakı üzüklərdən birini çevirməyə başladığını bildirib.
Kraliçanın beş dəqiqə içində bitməsini istədiyi bir şam yeməyi varsa, pul kisəsini masaya qoyduğu qeyd edilib. Bildirilib ki, Kraliça II Elizabet qonaqlarından Bukinqam sarayını tərk etməyi xahiş edəndə o, gizli zəngi basaraq bunu ətrafdakılara çatdırıb.
Qeyd olunub ki, Kraliçanın çantasında qadının daşımaq istəyə biləcəyi əşyalar, məsələn, dodaq boyası və bazar günü kilsə xidmətlərinə gedərkən bağışlamaq üçün 5-10 funt sterlinqlik əskinaslar da olub./publika.az