Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet ölümündən sonra milyonlarla dollar dəyərində miras qoyub.
"New York Post" xəbər verir ki, milyonlarla dollar dəyərində cəvahirat və qiymətli əşyalardan ibarət bu mirasın bir hissəsi Kral Çarlza keçəcək..
Mirasın digər hissəsi Çarlzın həyat yoldaşı Kamilla və Uels şahzadəsi Keytə qismət olacaq. Kraliçanın mirasından zinət əşyalarını miras alan ailə üzvləri 40 faiz miras vergisi ödəmək məcburiyyətində qalacaqlar.
Qeyd edək ki, kraliçanın ölümündən sonra Elizabetin oğlu Çarlz kral olub. Çarlzın böyük oğlu Uilyam atasının yerinə Uels şahzadəsi adını alıb. Uilyamın həyat yoldaşı Keyt isə şahzadə Dianadan sonra heç kimə verilməyən Uels şahzadəsi olub./baku.ws