Türkiyənin Konya əyalətində inşaatçılar iş zamanı yeraltı şəhər aşkarlayıblar.
Xezerxeber.az xəbər verir ki, bu barədə informasiyanı Anadolu agentliyi yayıb.
İlkin məlumatlara görə, onun ümumi sahəsi 5 min kvadratmetrdir. Yeraltı tapıntıların əksəriyyəti eramızın 8-ci əsrinə aiddir.Bildirilir ki, yerin altında 20 kvadratmetr sahəsi olan məkanlar var.
Onlar bir-biri ilə tunellər şəbəkəsi ilə bağlıdır. (Bizim.Media)