Xəzər Xəbər

Dənizdə yetişən bu tərəvəzin FAYDALARI

Maraqlı | 13:40 • 11 Sentyabr 2022
Dənizdə yetişən bu tərəvəzin FAYDALARI

Dəniz kələminin insan orqanizmi üçün faydaları açıqlanıb.

Dietoloq Melissa Mitri dəniz kələminin qurudulmuş və konservləşdirilmiş formada öz faydalı xüsusiyyətlərini qoruduğunu bildirib.

Dietoloq deyib ki, dəniz kələmi immuniteti möhkəmləndirir, ürək-damar xəstəliklərindən qoruyur.

Dəniz kələmindən müntəzəm istifadə orqanizmdə yod ehtiyatının bərpasına kömək edir, mədə və bağırsaqlarda həzmə müsbət təsir göstərir. Eyni zamanda qanda xolesterinin səviyyəsini azaldır, ürəyin işemik xəstəliyi riskinin qarşısını alır.

Ancaq qalxanvarı vəzi ilə bağlı xəstəlikləri olanların dəniz kələmindən istifadəsi tövsiyə olunmur. (lent.az)

Xəbər lenti

Çox oxunanlar