Həyatda hər kəsin bəxti gətirmir. Bəzi insanlar uğur nərdivanını asanlıqla dırmaşaraq istədikləri həyata çatarkən, bəziləri heç vaxt gülümsəmir. Doğuşdan bəxti gətirməyən bu insanlar həm eşq həyatında, həm də iş həyatında həmişə uduzurlar.
XəzərXəbər bu dəfə şansız bürcləri təqdim edir.
Əkizlər bürcü – adətən ətraflarında çox sevilirlər. Son dərəcə sosial olduqları üçün hər kəslə çox asanlıqla dostluq edirlər. Ancaq əkizlər bürcü insanları bəzi məsələlərdə çox şanssız ola bilərlər. Onların sevgi və iş həyatı heç vaxt istədikləri kimi getmir. Onların qeyri-sabit fikirləri çox qərarsız olmalarına şərait yaradır. Bu səbəbdən hədəflədikləri yolda getməyə çətinlik çəkirlər.
Balıqlar bürcü - astrologiyada ən həssas və emosional bürclərdən biridir. Ömrü boyu daima əsl sevgi axtarışında olan balıqlar, xüsusilə, sevgi mövzularında çox bədbəxtdirlər. Balıqlar heç vaxt onlar qədər həssas, hər kəsi sevən birini tapa bilməzlər. O qədər həyat və sevgi ilə doludurlar ki, bu mövzuda heç kim onlarla rəqabət apara bilməz. Balıq bürcü mənfi duyğularına görə, ömür boyu şanslı ola bilmir.
Şir bürcü - adətən güclüdür, ayaqları həmişə yerdə möhkəm dayanır. Mübarizə aparmadıqları bir dövrə rast gəlmək mümkün deyil. Bununla belə, şir bürcü heç vaxt şanslı ola bilmir. Onlar həmişə öz səyləri ilə nəyəsə nail olurlar. Şirlər həmişə uğur qazanmağı hədəfləyirlər, ancaq heç kim onların işığını hiss etmir. Bu səbəbdən şir bürcü uğursuz bürclər sırasındadır.
Xərçəng bürcü - həddindən artıq emosional xarakterləri ilə diqqət çəkirlər. Onlar hər an əsəbləşə və inciyə bilər. Xərçəng bürcləri çox vaxt geri çəkilir və mübarizə apara bilmir. Bu səbəbdən öz bəxtini yaratmaqda çətinlik çəkirlər. Eşq və iş həyatında arzuladıqları uğura çatmaqda problem yaşayırlar.