Antarktidada "Qiyamət buzlağı" olaraq da tanınan “Thwaites”da aparılan son araşdırma, təəssüf ki, gözləniləndən daha çox bəd xəbər gətirdi. Dənizin dibindən çəkilən görüntülər bizi gözləyən fəlakətin ikiqat sürətlə yaxınlaşdığını göstərir...
Qərbi Antarktika buzlaqı qlobal dəniz səviyyəsinin qalxması ilə bağlı proqnozlar verməyə çalışan elm adamları üçün mühüm bir meyardır.
XəzərXəbər Musavat.com-a istinadən xəbər verir ki, Antarktidada yerləşən “Thwaites” buzlağının son 200 ildə əvvəlki dövrdən iki dəfə sürətlə geri çəkildiyi məlum olub.
Araşdırmaya görə, yaxın gələcəkdə buzlaqda böyük dəyişikliklər ola bilər.
Beləliklə, ekspertlərin fikrincə, qiyamət qapımızın ağzındadır...
Buzlağın qarşısındakı dəniz dibinin bir hissəsinin xəritəsi çıxarılıb. Bu, elm adamlarına ilk dəfə olaraq buzlaq sahəsinə daxil olmağa imkan verib.
DƏNİZ SƏVİYYƏSİ 3 METRƏ YÜKSƏLƏCƏK!
Mütəxəssislər xəbərdarlıq edir ki, buzlağın geri çəkilməsinin potensial təsiri böyükdür, çünki “Thwaites” və onun ətrafındakı buzlu hövzələrin ümumi itkisi qlobal dəniz səviyyəsini 3 metrə qədər qaldıra bilər.
“Thwaites” buzlağını məhz bu səbəbdən “Qiyamət” buzlağı adlandırırlar.
Elm adamları ilk dəfə olaraq “Thwaites” qarşısında dəniz dibinin kritik bir sahəsinin xəritəsini yüksək dəqiqliklə çəkərək buzlağın keçmişdə nə qədər tez geri çəkildiyini və hərəkət etdiyini göstərən proqnoz veriblər.
BMT-DƏN HƏYƏCAN TƏBİLİ
Cənubi Florida Universitetinin Dəniz Elmləri Departamentinin mütəxəssislərinin fikrincə, heyrətamiz görüntülər elm üçün yeni olan geoloji xüsusiyyətləri göstərir və eyni zamanda “Thwaites”in gələcəyini görmək üçün bir növ kristal kürə effekti kimi çıxış edir.
Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, dünya əhalisinin təxminən 40 faizi sahildən 60 mil məsafədə yaşayır.
Bu da onu göstərir ki, dəniz səviyyəsindəki dəyişikliklər çox sayda insanın həyatına təsir edəcək.