ABŞ-ın səsdən sürətli təyyarə istehsalçısı "Boom Supersonic" təyyarə ilə səyahət müddətlərini yarıya endirməyə hazırlaşır.
Şirkətin ərsəyə gətirdiyi "Overture" təyyarəsi İstanbuldan Nyu-Yorka 4 saatda, Nyu-Yorkdan Londona isə 3 saatda uçacaq.
Dünyanın ən sürətli sərnişin təyyarəsi olan "Overture" 2029-cu ildən xidmətə veriləcək. Bununla bağlı "American Airlines" artıq müqavilə də imzalayıb və 20 ədəd yeni təyyarə alıb.
Saatda 2 min kilometr yol qət edə bilən təyyarənin ən önəmli xüsusiyyətlərindən biri də ekoloji cəhətdən 100 faiz təmiz materialdan hazırlanması və təmiz enerji ilə işləməsidir. (bakupost)