Xəzər Xəbər

Bu şəxslər yemişdən imtina etməlidir - Diyetoloqdan AÇIQLAMA

Maraqlı | 22:58 • 16 Avqust 2022
Bu şəxslər yemişdən imtina etməlidir - Diyetoloqdan AÇIQLAMA

Yemiş istifadəsi bəzi insanlar üçün arzuolunmazdır.

Bu barədə "Moskva 24" telekanalına müsahibəsində dietoloq Anjelika Duval deyib.

Onun sözlərinə görə, şəkərli diabet və mədə xorası olan xəstələr məhsuldan imtina etməlidirlər.

O, həm yemiş, həm də qarpızın tərkibində qanda şəkərin səviyyəsini artıran fruktoza olduğuna diqqət çəkib.

 

Mütəxəssis xəbərdarlıq edib ki, yemişin tərkibindəki şəkər şişkinliyə səbəb ola bilər.

"Bundan əlavə, yemiş kifayət qədər ağır bir məhsuldur və yadda saxlamaq lazımdır ki, o, mədədə deyil, yoğun bağırsaqda həzm olunur. Ona görə də bu məhsulu digər qidalarla birlikdə istehlak etmək olmaz",- deyə Duval bildirib.

Gün ərzində uşaqlara bu məhsuldan 200 qram, böyüklər üçün isə 400-dən çox olmamaq şərti ilə tövsiyə edilir.

 

Xəbər lenti

Çox oxunanlar