Xəzər Xəbər

Baş-boyun ağrısı, miqreni olanlar bunları yeməsin!

Maraqlı | 15:53 • 10 Avqust 2022
Baş-boyun ağrısı, miqreni olanlar bunları yeməsin!
Mütəmadi baş ağrısı, boyun ağrısı, miqreni olanlara bir neçə ərzaq əks göstərişdir.
 
Dietoloq həkim Yelena Solomatina istənilən növ başağrısında hisə verilmiş məhsullar- kolbasa, sosis və alkoqolun yolverilməz olduğunu deyib.
 
Başda ağrılar təkcə spazm, boyun və damarlardan olmaya da bilər. Emosional gərginlikdə, yorğunluq və yuxusuzluq, stresdən də baş ağrısı olur.
 
Eləcə də yüksək təzyiqdən baş ağrıya bilər. Duzlu, şoraba, marinadlar, kolbasa, hisə verilmiş pendir, ət, spirtli içki ağrının artmasına səbəb olur, xəstə özünü daha da pis hiss edir.
 
Pendir, şokolad, bəzi konfetlər ağrı vəziyyətini daha da qıcıqlandırır.
 
Baş ağrısından xilas olmaq üçün təmiz havada gəzmək, yaxşı yatmaq, sakit olmaz, bitki çayı içmək, masaj etmək lazımdır.
 
Toyuq, quş əti, B qrup vitaminləri vacibdir.
 
Dərmanlara çox da aludə olmayın. (bakupost) 

Xəbər lenti